...

İsrafil Aşurlunu yenidən donvurma riski çox yüksəkdir

Cəmiyyət Materials 14 Aprel 2006 16:54 (UTC +04:00)

Antarktidaya ekspedisiya zamanı Azərbaycan alpinisti İsrafil Aşurlunu don vurduğu üçün yaxın 4-5 ayda ona yüksəkliklərə çıxmaq məsləhət görülmür.

Everestə çıxmaqdan imtina etmiş idmançının Trend agentliyinə bildirdiyinə görə, Uinson zirvəsinə yürüşdən sonra səhhəti tam bərpa olunmadığı üçün yenidən donvurma təhlükəsi çox yüksəkdir. "Çox heyf, amma əgər Cənub qütbündə donvurmaya baxmayaraq təkrar qalxmaq üçün mənim daha çox imkanım vardırsa, Evrestdə bu, fərqli idi. Çünki alpinist yaxşı hava şəraitində yalnız bir dəfə o zirvəyə çıxa bilər. Böyük fiziki və psixoloji durum, eləcə də məhdud kislorod ehtiyatına görə bir ekspedisiya zamanı zirvəyə iki dəfə çıxmaq mümkünsüzdür" - deyə Aşurlu qeyd edib.

Xatırladaq ki, Azərbaycan idmançısı Everesti gələn il "Yeddi zirvə" layihəsi çərçivəsində fəth etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti