...

Şahmatçı Siruz Həsənli məktəblilər arasında dünya birinciliyində çıxış edəcək

Cəmiyyət Materials 17 Aprel 2006 17:23 (UTC +04:00)

Lənkəran şahmat məktəbinin yetirməsi Siruz Həsənli aprelin 24-də Yunanıstanda start veriləcək məktəblilər arasında II dünya birinciliyində iştirak etmək hüququ əldə edib.

Lənkəran şahmat məktəbinin direktoru İdrak Dadaşovun Trend ə verdiyi məlumata görə, gənc şahmatçı Açıq respublika birinciliyində uğurla çıxış edərək 7,5 bal toplayıb və yarışın qalibi olub. İsveçrə sistemi üzrə keçirilən bu yarışda 51 şahmatçı iştirak edib.

S.Həsənlini, həmçinin, Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov da qəbul edib və və qarşıdakı nüfuzlu yarışda onu uğurlar arzulayıb. S.Həsənlinin özü isə ümid edir ki, dünya birinciliyində mübarizə apararaq Elladadan mükafatla qayıdacaq.

Xəbər lenti

Xəbər lenti