...

ABŞ-dakı Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri "erməni soyqırımı" ilə bağlı Türkiyəyə dəstək aksiyaları keçirəcək

Cəmiyyət Materials 20 Aprel 2006 16:51 (UTC +04:00)

Aprelin 21-dən 26-dək ABŞ-dakı Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri Osmanlı İmperiyasında ermənilərin soyqırımı ilə bağlı Türkiyənin mövqeyinə dəstək olaraq Vaşinqtonda aksiyalar keçirəcək.

Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Bu aksiyalar ABŞ-ın erməni lobbisinin aprelin 24-də "System of a Down" rok qrupunun iştirakı ilə anti-türk aksiyaları keçirmək qərarına cavab olaraq Türkiyənin Vaşinqtondakı səfiriliyi qarşısında keçiriləcək.

Türkiyə diplomatik missiyasının nümayəndələri artıq türkləri və azərbycanlıları "təmkinli olmağa və ermənilərin fitnələrinə uymamağa" çağırıb. Aksiyaların keçiriləcəyi günlər Vaşinqton polisi xüsusi təhlükəsizlik tədbirləri görəcək.

Xəbər lenti

Xəbər lenti