...

Şəhriyar Məmmədyarov Rusiyanın klublararası çempionatında daha bir qələbə qazanıb

Cəmiyyət Materials 25 Aprel 2006 17:08 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Soçidəki "Daqomıs" sağlamlıq kompleksində keçirilən Rusiyanın klublararası çempionatında növbəti qələbəsini qazanıb.

Trend in xəbər verdiyi kimi, 5-ci tur çərçivəsində gənclər arasında dünya birinciliyinin qalibi, "Termosteps"in şərəfini qoruyan Şəhriyar "Ural"dan olan Aleksandr Motılyovu məğlub edib. Ancaq onun bu qələbəsi Samara komandasına rəqib üzərində qələbə qazanmağa imkan verməyib və "Termosteps" 2,5:3,5 hesabla təslim olub. Bu məğlubiyyət klubun turnir cədvəlində 2-ci yerdə qərarlaşması ilə nəticələnib. Kazanın "Ladya" klubunda çıxış edən Teymur Rəcəbov isə "Cənubi Ural"dan olan Karen Asryanla sülh sazişi bağlayıb. Bütövlükdə, bütün oyun da heç-heçə ilə başa çatıb və "Ladya" liderləri "təqib etməkdə" davam edir.

Xəbər lenti

Xəbər lenti