...

Ölkə kubokunun ilk yarımfinal matçında qalib müəyyənləşməyib

Cəmiyyət Materials 25 Aprel 2006 20:43 (UTC +04:00)

T.Bəhramov stadionunda keçirilən ölkə kubokunun "Neftçi" ilə "Qarabağ" arasındakı ilk yarımyfinal matçı heç-heçə ilə qurtarıb.

Trend agenitliyinin məlumatına əsasən, üstünlüyün bakılıların tərəfində olmasına baxmayaraq, onlar rəqiblərinə qalib gələ bilməyib. Görüşün son dəqiqəsində Zaur Tağızadənin "Qarabağ"ın cərimə meydançasına daxil olaraq müdafiçilə mübarizədə yıxılması mübahisəyə səbəb olub. Lakin arbitr pozuntunun olmadığını bildirərək, matçın davam etdirilməsinə göstəriş verib.

Eyni zamanda "Xəzər" komandası Şəfa stadionunda keçirilən ilk dörddə bir final görüşündə "MKT-Araz"a qalib gəlib. Yeganə topu 20-ci dəqiqədə Vüqar Nadirov vurub.

Xatırladaq ki, "MKT-Araz"ın tərkibindəki legionerlərin qoyulmuş həddən artıq olması ilə əlaqədar AFFA "Xəzər" ilə dörddə bir final görüşlərini təkrarlamaq haqqında qərar verib.

Xəbər lenti

Xəbər lenti