Azərbaycanda qadın məhkumların əfv olunmağa daha böyük ehtiyacı var. Bu barədə Trend ə məlumat verən hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, Əvf Komissiyasına təqdim olunan siyahılara hüquq müdafiəçiləri tərəfindən kifayət qədər qadın məhkumların adları daxil edilib.
Hüquq müdafiəçisinin sözlərinə görə, son illər nə məhkum qadınlar, nə də məhkum azyaşlılar arasında adı əfv siyahısına düşən olmayıb. "Lakin hüquq müdafiəçiləri imzalanması may ayında gözlənilən əfv fərmanından çox şey gözləyirlər. Ən başlıcası isə azadlığa çıxmaq istəyən qadın məhkumların və azyaşlı məhkumların ümidlərinin boşa çıxmayacağına inanırıq. Hər halda, belə bir addım gözlənilir", - deyə N.Cəfəroğlu söyləyib.
Qeyd edək ki, Azərbaycanda bir qadın cəzaçəkmə müəssisəsi var. Həmin müəssisədə cəza çəkən qadınların sayı 300-ə yaxındır. Onlardan yaşca kiçiyi 18, böyüyü isə 72 yaşındadır.