...

Son illərdə Azərbaycanda 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb

Cəmiyyət Materials 29 Aprel 2006 13:20 (UTC +04:00)

Son 15 il ərzində Azərbaycanda 85 məktəbəqədər təhsil müəssisəsi bağlanıb. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Bu, həmin müəssisələrdə yaranmış problemlərlə əlaqədardır (istilik sistemlərinin işləməməsi, ərzaq məhsulları ilə zəif təminat və s.). Bu müəssisələrin 45-i Bakı şəhərində yerləşir. Azərbaycanın işğal olunmuş ərazilərində isə 242 məktəbəqədər təhsil müəssisəsi dağıdılıb. Respublikanın müxtəlif şəhər və rayonlarında 1683 qaçqın və məcburi köçkün ailəsi məktəbəqədər təhsil müəssisələrində yaşayır. Təkcə Bakı şəhərindəki belə müəssisələrdə 737 ailə məskunlaşıb.

Hazırda ölkədə fəaliyyət göstərən 1761 məktəbəqədər təhsil müəssisəsində 110081 uşaq var. 104458 uşağın olduğu 1692 müəssisə Təhsil Nazirliyinin nəzdindədir.

Artıq məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Proqramın gerçəkləşdirilməsi üçün 443,3 mlrd manat tələb olunur. Asiya İnkişaf bankı ilə "Erkən yaşlı uşaqların inkişafı" layihəsi üzrə imzalanmış sazişə uyğun olaraq, cari ildə müəyyən işlər görülüb, bankın nümayəndələri ilə birgə seminarlar və konfranslar keçirilib.

Xəbər lenti

Xəbər lenti