...

Ramil Səfərovun apellyasiya şikayətinə sentyabr ayında baxılacaq

Cəmiyyət Materials 2 May 2006 13:11 (UTC +04:00)

Erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək Budapeşt şəhər Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun apellyasiya şikayətinə sentyabr ayında baxılacaq. Bu barədə Trend ə R.Səfərovun ailəsinin hüquqi nümayəndəsi, vəkil Adil İsmayılov məlumat verib.

A.İsmayılov bildirib ki, şikayətə baxılmasının 5 aya yaxın müddətə qədər uzadılmasına səbəb Macarıstanda may ayından sentyabr ayına qədər ədliyyə tətilinin keçirilməsidir. Həmin müddət ərzində hakimlər məzuniyyətdə olur.

Vəkil onu da qeyd edib ki, apellyasiya məhkəməsində işə baxılması ərəfəsində R.Səfərovun vəkillərinin dəyişdiriləcəyi, yaxud vəkillərin sayının artırılacağı ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, ömürlük həbsə məhkum edilmiş

Ramil Səfərov məhkəmə hökmünü ədalətsiz və qərəzli hesab edib. Əgər gələcəkdə apellyasiya instansiyası işə ədalətli yanaşmasa və ilkin məhkəmə instansiyasının qərarını qüvvəsində saxlasa, R.Səfərovun vəkilləri daha yuxarı instansiyalara müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti