Səhiyyə Nazirliyi talassemiya xəstələri üçün qanvermə kampaniyası keçirəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend ə bildirdiyinə görə, kampaniya ümumdünya talassemiya günü - mayın 8-də keçiriləcək.
Kampaniya başa çatdıqdan sonra Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin lisenziyalaşdırma və nəzarət sektorunun rəhbəri Ələkbər Tağiyev tərəifndən hesabat brifinqi təşkil olunacaq.