...

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri səhiyyə nazirinə müraciət edəcək

Cəmiyyət Materials 10 May 2006 18:21 (UTC +04:00)

Mayın 10-da Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsindəki Respublika Məhkəmə Psixatriya və Ekspertiza Mərkəzində, o cümlədən Qapalı Tipli Məcburi Müalicə Müəssisəsində monitorinqlər keçirən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov qarşılaşdığı çoxsaylı neqativliklərlə əlaqədar səhiyyə nazirinə müraciət edəcək. Bu barədə Trend ə E.Behbudov məlumat verib.

E.Behbudovun sözlərinə görə, Məhkəmə Psixatriya Mərkəzində 50 nəfərlik limit var. Lakin Mərkəzdə vur-tut 6 xəstə saxlanılır. "Burada müxtəlif cinayət törətmiş şəxslər 21 günədək saxlanılır" - deyə E.Behbudov qeyd edib.

"Qapalı Tipli Müalicə Müəssisəsinin isə limiti 250 nəfərdir. Biz monitorinq apararkən 137 nəfər vardı. Qeyd edim ki, 3-4 il əvvəl Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi müəssisədə monitorinq aparmışdı. Şuranın ekspertləri bu monitorinqin nəticəsini mənfi qiymətləndirmişdi və nöqsanların aradan qaldırılmasını tövsiyə etmişdi. Təəssüf ki, həmin nöqsanlar hələ də aradan qaldırılmayıb. Müəssisədə heç bir dəyişiklik edilməyib. Palataların döşəmələri beton olaraq qalır, kameralarda ayaqyolu və su yoxdur. Elektrik naqillərinin üstləri açıqdır. Otaqlarda işıqlandırma həddindən artıq zəifdir. Yataq dəstləri çirkli və sıradan çıxmış vəziyyətdədir. Palatalarda hava və ventilsiya sistemi yoxdur" - deyə E.Behbudov söyləyib.

Xəbər lenti

Xəbər lenti