Azərbaycanlı gimnast Zeynəb Cavadlı Budapeştdə keçirilmiş beynəlxalq turnirdə iki gümüş medal qazanıb. Milli Federasiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, əvvəlcə perspektivli gimnastımız iplə çıxışda 2-ci olub. Analoji vəziyyət çənbərlə ifadan sonra da yaranıb. Çoxnövçülüyə gəlincə, burada Bakı gimnastika məktəbinin yetirməsi 5-ci yerdə qərarlaşıb.
O da bildirilib ki, digər gimnastımız Nigar Mirzəyeva gürzlə tapşırıqların finalına çıxıb və 6-cı yerdə qərarlaşıb. Absolyut hesabda isə o, 12-ci olub. Ümumi qələbəni rusiyalı gimnastlar qeyd edib.