...

Azərbaycanı futbol yığması Kişinyovda yeni tərkibdə çıxış edəcək

Cəmiyyət Materials 16 May 2006 11:39 (UTC +04:00)

Mayın 18-də Kişinyovda keçiriləcək Moldovaya qarşı yoldaşlıq matçında Azərbaycan futbol yığması yeni tərkibdə çıxış edəcək.

Milli komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi məlumata görə, meydançaya Bakıda Ukrayna (0:0) və Türkiyə (1:1) ilə yoxlama görüşlərində iştirak etməmiş bir sıra futbolçular çıxacaq. Buna səbəb görülən tədbirlərlə bağlıdır. Belə ki, forvard İlqar Qurbanov və Vuqar Nadirov qitə birinciliyinin təsnifat mərhələsi çərçivəsində İrlandiya ilə iki raundda gərgin görüş keçirəcək gənclərdən ibarət yığmanın sərəncamına verilib.

Müvəqqəti olaraq komandada olmayan forvard Fərrux İsmayılovun da Kişinyovda meydançaya çıxması gözlənilir.

Xəbər lenti

Xəbər lenti