...

Azərbaycanın Ekologiya Nazirliyi yeni laboratoriya yaradacaq

Cəmiyyət Materials 16 May 2006 20:03 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlar arasında xəstəliklərin, o cümlədən, "quş qripi"nin tədqiqi üçün laboratoriya yaradacaq. Nazirliyin ətraf mühitin mühafizəsi və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentindən Trend ə verilən məlumata görə, laboratoriyanın tikintisi üçün müvafiq avadanlıqların alınması üçün tender elan edilib.

Laboratoriyanın tikintisinin dəyəri 200 min AZN təşkil edir.

Laboratoriya departamentin yanında reabilitasiya üzrə mərkəzdə həyata keçiriləcək. "Bu mərkəz yaxın vaxtlarda yaradılıb və hazırda ştat formalaşır", - deyə Ekologiya Nazirliyindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti