...

Cənubi Qafqaz ölkələrinin və Rusiyanın hüquq müdafiəçiləri qəzet buraxmaq niyyətindədirlər

Cəmiyyət Materials 17 May 2006 18:54 (UTC +04:00)

Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın hüquq müdafiəçiləri "Körpü" qəzetinin buraxılışını qaydaya salmaq niyyətindədirlər. Azərbaycanın Helsinki Vətəndaş Assambleyasının Qazax-Ağstafa regional filialının əlaqələndiricisi Hamis Məsimovun Trend ə verdiyi məlumata görə, qəzet dildə çıxacaq.

Onun sözlərinə görə, qəzetin nəşri "sülh prosesinin təşkili, sülh prosesinin demokratik idarə olunması, demokratik humanitar dəyərlər, insan haqları" sahəsində əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

"Qəzet ayda bir dəfə Qafqazın müxtəlif ölkələrində çıxacaq və bu ölkələrdə baş verən hadisələri əks etdirəcək, bir ildən sonra isə "Körpü" regional hadisələri əhatə edəcək", -deyə H.Məsimov bildirib və qəzetin nəşrinin Avrasiya fondu tərəfindən maliyyələşdiriləcəyini qeyd edib.

Azərbaycan hüquq müdafiəçiləri bu gün Tbilisdə açılan konfransda iştirak ediblər. Bu "Təkamül və münaqişələrin idarə olunması: prinsiplər, yanaşmalar və texnologiyalar" mövzusunda regirndakı münaqişələrin nizamlanmasına kömək edən sayca ikinci beynəlxalq elmi-praktiki konfransdır. Konfransın təşhkilatçıları Helsinki Vətəndaş Assambleyası və Cənubi Qafqaz Regional Təhlükəsizlik İnstitutudur.

Beynəlxalq konfransda Azərbaycanla yanaşı Gürcüstanın, Ermənistanın , Bolqarıstanın, Ukraynanın və Rusiyanın deputatları, ekspertləri və politoloqları da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti