...

Azərbaycanın təhsil naziri İrana səfər edəcək

Cəmiyyət Materials 19 May 2006 11:57 (UTC +04:00)

Mayın 22-26-da Azərbaycanın təhsil naziri Misir Mərdanov İrana rəsmi səfər edəcək. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Səfər İranın elm, tədqiqat və texnologiyalar naziri Məhəmmədədmehdi Zahidin dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində iki ölkə arasında təhsil və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsləhətləşmələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti