...

Bakıda "Cənubi Qafqazda sabit inkişafın təmin olunmasında bioloji müxtəlifliklərin rolu"na həsr olunmuş konfrans keçiriləcək

Cəmiyyət Materials 19 May 2006 17:46 (UTC +04:00)

Mayın 22-23-də Bakıda "Cənubi Qafqaz regionunda sabit inkişafın təmin olunmasında bioloji müxtəlifliklərin rolu - Azərbaycan: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend ə verilən məlumata görə, tədbirin təşkilatçıları Nazirlik və NATO-dur.

Konfransda ekologiya naziri Hüseyn Bağırovun, Almaniya, Belçika, Polşa, Avstriya, Gürcüstan və digər ölkələrdən mütəxəssislərin iştirakı gözlənilir.

"Görüşün keçirilməsində əsas məqsəd bir sıra ölkələrdə bioloji müxtəlifliklər sahəsində aparılan işlərin müzakirəsindən, təcrübə mübadiləsinin aparılmasından ibarətdir", - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti