...

İşə düzəlmək istəyən məzunlar rüşvətxorluq halları ilə rastlaşdıqda Təhsil Nazirliyinin "qaynar xətti"nə müraciət edə bilər

Cəmiyyət Materials 20 May 2006 12:15 (UTC +04:00)

Pedaqoji profilli təhsil müəssisələrinin məzunları işə düzələn zaman rüşvətxorluqla rastlaşdıqda, Təhsil Nazirliyinin "qaynar xətti"nə müraciət edə bilər. Bu barədə Trend ə Nazirlikdən bildirilib.

Nazirlik məzunların və işəgötürənlərin nəzərinə çatdırır ki, işə düzəlmə prosesi könüllülük prinsipi əsasında keçirilməli və istənilən məcburiyyət qanunsuz hesab olunmalıdır. Belə hallar yarandıqda, "Korrupsiya ilə mübarizə haqqında" qanunun həyata keçirilməsilə əlaqədar məzunlar Təhsil Nazirliyində yaradılmış işçi qrupuna müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti