...

Şahmat olimpiyadasında 8 tur oynanılıb

Cəmiyyət Materials 30 May 2006 17:41 (UTC +04:00)

Turində (İtaliya) keçirilən Dünya şahmat olimpiyadasında 8 tur oynanılıb. Trend agentliyinin məlumatına əsasən, 6-cı turda Azərbaycan şahmatçıları Kuba idmançılarına 0.5:3.5 hesabı ilə uduzub. Birinci taxtada Azərbaycan komandasının lideri T.Rəcəbov kubalı L.Bruzona məğlub olub.

Gələn gün, 7-ci turda isə azərbaycanlılar 4:0 hesabı ilə qırğızları məğlub edib. 8-ci turda şahmatçılarımız İsrail idmançıları ilə görüşüb. T.Rəcəbov B.Gelfand ilə heç-heçə oynayıb, V.Haşimov isə Bakıdan olan E.Sutovskiyə qalib gəlib. Qrossmeystr R.Məmmədov A.Xuzmanla heç-heçə nail olub, N.Quliyev isə uduzub.

Beləliklə, 8 turdan sonra Azərbaycan komandası 19.0 xal toplayaraq 26-34-cü yerləri bölüşür. Erməni komandası isə 24.0 xal ilə təkbaşına liderlik edir. 2 və 3-cü yerlərdə 22.0 xal toplamış Rusiya və Ukrayna oyunçularıdır.

Qadın şahmatçılarmızın oyunu xüsusilə uğursuzdur. Onlar 11.5 xal ilə 63-cü yerə çıxıblar.

Xəbər lenti

Xəbər lenti