...

Ermənistan Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun müalicəvi sularını "Cermuk" adı altında satır

Cəmiyyət Materials 1 İyun 2006 18:11 (UTC +04:00)

Azərbaycanın Kəlbəcər rayonunun işğal olunduğu gündən Ermənistan bu ərazidə yerləşən bütün təbii sərvətləri - faydalı qazıntıları, su və mineral resursları istismar edir. "Trendin" Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat - xidmətinə əsasən verdiyi xəbərə görə, nəinki Kəlbəcərdən, həm də Qarabağın bütün ərazisindən təbii resursların qanunsuz ixracı həyata keçirilir.

"Ermənistan yataqlardan Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutqun, Mozçay, Qoturlusu mineral müalicəvi suları müxtəlif ölkələrə ixrac edir", - nazirlikdən bildirdilər.

Əməliyyat mərkəzi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə v ətəbii resurslara məhvedici təsirin müəyyən olunması üzrə keçirilmiş tədqiqatların nəticələrinə görə müəyyən olundu ki, erməni tərəfi "Cermuk" adı altında müalicəvi su satır.

"Rio de Janeyro bəyannaməsinə əsasən, müharibələr ətraf mühitə mənfi təsir göstərməməlidir. Ona görə də ölkələr silahlı münaqişələr zamanı ətraf mühiti müdafiə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Lakin Ermənistan bu tələbləri yerinə yetirmir və əgər belə davam edərsə, nəinki Azərbaycan, hətta bütün bölgə zərər çəkəcək", - Ekologiya nazirliyində qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti