...

UEFA "MKT-Araz" və "Tiraspol" arasında İntertoto Kuboku oyunlarının keçirilmə tarixini təsdiqləyib

Cəmiyyət Materials 10 İyun 2006 14:00 (UTC +04:00)

UEFA "MKT-Araz" və Moldovanın "Tiraspol" klubu arasında İntertoto Kubokunun birinci raundu üzrə oyunun keçirilmə tarixini təsdiqləyib.

Trend in xəbər verdiyi kimi, cədvələ görə, iyunun 17-də İmişli stadionunda keçiriləcək birinci görüşdə İqor Nakoneçnının yetirmələri qonaqları qəbul edəcək. Cavab oyunu bir həftə sonra keçiriləcək və bu görüşdə qalib müəyyən olunacaq.

Turnirdə 47 Avropa klubu iştirak edəcək. İtaliyanın Kubokda iştirakdan imtina etməsindən sonra iştirakçıların dəqiq tərkibi bu həftənin sonunda - yarışın başlanmasına bir neçə gün qalmış müəyyən olunacaq. Bundan başqa yarışda Portuqaliya, Lixtenşteyn və San-Marino nümayəndələri də iştirak etməyəcək. Turnirin 11 qalibi oyunlarının avqustun 12-si və 14-də keçirilməsi planlaşdırılan UEFA Kubokunun seçmə raunduna vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti