...

"Azərbaycan Respublikası Jurnalistlərinin Təhlükəsizlik Xartiyası" qəbul olunub

Cəmiyyət Materials 13 İyun 2006 19:07 (UTC +04:00)

İyunun 13-də Redaktorlar Birliyinin toplantısı keçirilib. Trend in məlumatına görə, toplantıda "Azərbaycan Respublikası Jurnalistlərinin Təhlükəsizlik Xartiyası" adlı sənəd qəbul olunub.

Redaktorlar Birliyinin toplantısında iştirak edən kütləvi informasiya vasitələri (KİV) rəhbərləri həmin sənədi imzalayıblar. Xartiyanı imzalayan 10-a yaxın KİV rəhbəri əsasən qəzet redaktorlardır. Sənəd açıq saxlanılıb və başqa KİV-lər tərəfindən də imzalanması üçün media orqanlarına, o cümlədən hüquq müdafiə təşkilatlarına təqdim olunacaq.

Toplantıda qərara alınıb ki, iyun ayının 21-də jurnalistlərinin təhlükəsizliyi mövzusuna həsr olunmuş forum və xartiyanın təqdimat mərasimi keçirilsin.

Xəbər lenti

Xəbər lenti