...

Azərbaycanlı voleybolçular Avropa Çempionatına vəsiqə uğrunuda mübarizə aparacaq

Cəmiyyət Materials 16 İyun 2006 13:10 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət voleybol yığması iyunun 16-da Minskdə başlayacaq Avropa Çempionatının seçmə turnirinin ikinci dövrəsində çıxış edəcək.

Trend in xəbər verdiyi kimi, yarış cədvəlinə əsasən, Oqtay Musayevin yetirmələri ilk oyun günündə Portuqaliya ilə qarşılacaq. Bir gün sonra isə meydança sahibləri ilə güclərini sınayacaq. Sonuncu turda voleybolçularımız Belçika yığması ilə görüşəcək. Portuqaliyada keçirilmiş 1-ci dövrədə uğursuz çıxış edən komanda hər 3 görüşü məğlubiyyətlə başa vurub. Buna görə də kollektivə turnir vəziyyətini düzəltmək üçün Minskdə maksimum xal toplamaq lazımdır.

Qeyd etmək lazımdır ki, distansiyanın 1-ci yarısından sonra Belçika liderlik edir. İkinci yerdə isə Belarus qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti