...

Hollandiyada yaşayan azərbaycanlılar Haaqa Beynəlxalq Məhkəməsinin qarşısında aksiya keçirib

Cəmiyyət Materials 16 İyun 2006 13:24 (UTC +04:00)

Hollandiyada yaşayan azərbaycanlılar Haaqa şəhərində, Beynəlxalq Məhkəmənin binası qarşısında piket kecirib. Trend xəbər verir ki, piketdən sonra soydaşlarımz İran İslam Respublikasının səfirliyi önünə toplaşıblar.

Piket səfirliyin qarşısında davam edib. Polis aksiyanın keçirildiyi yeri mühasirəyə alsa da, aksiyaçılara heç bir təzyiq göstərilməyib. Aksiyada Hollandiyada fəaliyyət göstərən bir sıra diasporların rəhbərləri çıxışlar ediblər. Natiqlər Avropa dövlətlərini İranda zorakılıqlara məruz qalan azərbaycanlıları müdafiə etməməkdə qınayıblar, azərbaycanlıların faktiki olaraq dünyada tək qaldıqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti