...

Qadınlar arasında otüstü xokkey üzrə Çempionlar kuboku Bakıda keçirilə bilər

Cəmiyyət Materials 17 İyun 2006 13:34 (UTC +04:00)

Qadınlar arasında otüstü xokkey üzrə Çempionlar kuboku Bakıda keçirilə bilər.

"Atasport" klubunun və milli yığmanın baş məşqçisi Adil Paşayevin Trend ə verdiyi məlumata görə, bu yaxınlarda Almaniyada keçirilən turnirdə bir sıra kollektivlər Avropa kubokunun Azərbaycanda təşkilini irəli sürüb. Məsələ ondadır ki, uzun illər bu turnir növbəilə Almaniya və Hollandiyada keçirilir və Çempionlar kubokunun təşkili ilə bağlı bütün qayğı sahib komandanın üzərinə düşür. Orada hökumət klublara köməklik etmir və bütün problemləri qəbul edən komandalar həll edir. Buna görə onlara təkbaşına yarışları keçirmək çətindəir. Yəni bizdən cavab gözlənilir və bu nüfuzlu yarışın yaxın vaxtlarda Bakıda keçiriləcəyi istisna deyil" - deyə A.Paşayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti