...

Azərbaycanın kişilərdən ibarət voleybol yığması belçikalılara məğlub olub

Cəmiyyət Materials 19 İyun 2006 12:46 (UTC +04:00)

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Minskdə Avropa çempionatının seçmə turnirinin qrup mərhələsində çıxışını 4-cü yerdə başa vurub.

Trend in xəbər verdiyi kimi, Portuqaliya və Belarus yığmalarına məblubiyyətdən sonra Oqtay Musayevin yetirmələri ikinci dövrənin sonuncu turunda 0:3 hesabla belçikalılara uduzub. Oyun rəqibin tam üstünlüyü ilə keçib. Birinci partiya 25:18, ikinci partiya - 25:12, 3-cü partiya isə 25:11 xalla başa çatıb. Bu qələbə belçikalılara "A" yarımqrupunda 1-ci yeri tutmaq və 2-ci yerdə qərarlaşan Belarus yığmasının da çıxdığı növbəti raunda vəsiqə qazanmaq imkanı verib.

Xəbər lenti

Xəbər lenti