...

Azərbaycan cüdoçuları Avropa birinciliyində çıxış etməyə başlayırlar

Cəmiyyət Materials 24 İyun 2006 12:44 (UTC +04:00)

Azərbaycanın cüdo yığması iyunun 24-də Macarıstanda başlayacaq gənclər arasında Avropa birinciliyində iştirak edəcək.

Komandanın baş məşqçisi İbadulla Şabanovun Trend ə verdiyi xəbərə görə, komandanın tərkibinə Sərxan Əhmədov (50 kq), Samir Dadaşzadə (55 kq), Orxan Dünyamalıyev (60 kq), Vüqar Rüstəmov (66 kq), Tural Nağıyev (73 kq), Ramin Qurbanov (81 kq), Aysel Osmanlı (48 kq), Nazənin Məmmədova (52 kq), Kəmalə Hüseynzadə (57 kq) və Rəhiyyə Qarayeva (63 kq) daxildir. Məşqçinin sözlərinə görə, kollektiv təlim-məşq hazırlıqları keçirərək, yarışa yaxşı hazırlaşıb və qitə birinciliyində bir neçə medal alacağına ümid edə bilər.

İ.Şabanov hesab edir ki, onun yetirmələrinin əsas rəqibləri tatami sahibləri, həmçinin Rusiya, Fransa, Gürcüstan və başqa ölkələrin cüdoçuları ola bilər.

Xəbər lenti

Xəbər lenti