Azərbaycanın sərbəst və yunan-roma güləşi üzrə yığması iyulun 4-də Macarıstanda keçiriləcək Gənclər arasında Avropa birinciliyinə yola düşüb.
Milli Federasiyanın baş katibi Mətləb Həsənovun Trend ə verdiyi xəbərə görə, "klassiklər"in tərkibinə Elçin Əliyev (50 kq), Natiq Bağırov (55 kq), Zakir Abdullayev (60 kq), Rafiq Hüseynov (66 kq), Elvin Mürsəliyev (74 kq) və Aydın Səfərov (96 kq) daxildir. Eyni zamanda sərbəst güləş üzrə proqramda Ağahüseyn Mustafayev (50 kq), Cəbrayıl Həsənov (55 kq), Elmir Qəmbərov (60 kq) və Aqil Quliyev (74 kq) respublikamızı təmsil edəcəklər.
Məşqçi qərargahının fikrincə, pəhləvanlarımızın qitə birinciliyində ənənəvi olaraq güclü çıxış etdiyini nəzərə alaraq, yığma bir neçə mükafat alacağına ümid edə bilər.