...

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Cəmiyyət Materials 4 İyul 2006 16:15 (UTC +04:00)

İyulun 4-də Azərbaycan Respubilkası Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Trend ƏN mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas Nazirliyin aşkarlığın genişləndirilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, bu baxımdan "İnformasiya əldə etmək haqqında" Qanunun icrası üzrə tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, son dövrdə Nazirliyin mətbu nəşrlərinin keyfiyyəti xeyli yaxşılaşdırılıb, milli qanunvericiliyin elektron məlumat bazası hazırlanaraq açıq istifadəyə verilmiş xüsusi "qaynar" telefon xətləri yaradılıb. Nazirliyin internet saytı təkmilləşdirilib, ingilis dilinə tərcümə olunub, interaktiv rejimə keçirilib, operativ təzələnməsi və fotomaterialların yerləşdirilməsi təmin olunub.

Ədliyyə orqanlarının işində aşkarlığın gücləndirilməsi məqsədilə hər il üzrə ayrıca hazırlanan "Ədliyyə fəaliyyəti mətbuat səhifələrində" adlı toplular, digər əyani və metodik vəsaitlər nəşr edilir.

Müntəzəm şəkildə pres-relizlər hazırlanır və KİV-lərə çatdırılır, mətbuat konfransları keçirilir, Nazirliyin kollegiya iclaslarında və digər tədbirlərdə KİV, yerli və xarici QHT nümayəndələri dəvət olunur, vakant vəzifələrə işə qəbul açıq müsahibə yolu və ictimaiyyətin iştirakı ilə aparılır, regionlarda vətəndaşlarla görüşlər keçirilir, digər ünsiyyət formalarından geniş istifadə olunur.

Xəbər lenti

Xəbər lenti