...

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 4 yaşı tamam olur

Cəmiyyət Materials 4 İyul 2006 16:19 (UTC +04:00)

İyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 4 ili tamam olur. Bu barədə Trend ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İldönüm münasibəti ilə iyulun 5-də saat 10.00-da Fəxri Xiyabanda Heydər Əliyevin məzarı ziyarət olunacaq. Komitə sədri Nazim İbrahimov başda olmaqla qurumun əməkdaşaları və qonaqlar ümummilli liderin xatirəsini yad edəcəklər. Qeyd edək ki, bütün dünyaya səpələnmiş soydaşlarımızın birliyini, həmrəyliyini yaratmaq, onlarla əlaqələr qurmaq, diasporumuzun Azərbaycanın milli maraqlarının təbliğ olunmasında iştirakını təmin etmək məqsədilə Heydər Əliyev 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalayıb.

Fəxri Xiyabandan sonra Komitə nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti