...

Çempionlar liqasında Gürcüstan çempionunun "Bakı" ilə oyunu ərəfəsində kadr problemləri yaranıb

Cəmiyyət Materials 6 İyul 2006 13:26 (UTC +04:00)

Azərbaycanın "Bakı" komandası ilə oyunu ərəfəsində Gürcüstan çempionu "Sioni" komandası üç kamerunlunu təsdiq edə bilməyib. Klubun baş meneceri Cemal Çipaşvilinin Trend in Gürcüstandakı xüsusi müxbirinə verdiyi xəbərə görə, Kamerundan transfer vərəqələrini vaxtında ala bilməyib. Nəticədə, gürcü komandası Çempionlar liqasının birinci turu üçün UEFA-ya 21 oyunçunun daxil olduğu ərizə verib.

Gürcü komandasının hücum xəttində cəmi 2 futbolçusu var, ərizə siyahısında isə oyunçuların əksəriyyəti klubun gənclər komandasının üzvüdür. Ötən ilki çempion tərkibdən komandanı bir dəfəyə beş aparıcı oyunçu tərk edib.

Xəbər lenti

Xəbər lenti