...

"Qarabağ" futbol klubu türkiyəli yarımmüdafiəçi Xakan Demirlə müqavilə bağlayıb

Cəmiyyət Materials 8 İyul 2006 13:00 (UTC +04:00)

Türkiyədə məşqlərdə olan "Qarabağ" klubu bu ölkə yığmasının yarımmüdafiəçisi Xakan Demirlə müqavilə bağlayıb.

Trend kluba istinadən xəbər verir ki, müqavilənin imzalanma mərasimi zamanı ağdamlıların idman direktoru Emrah Çelikel komandanın tərkibində belə bir tanınmış futbolçunun oynayacağından razılıq bildirib. Baş məşqçi Böyükağa Ağayev deyib ki, pleymeyker vəzifəsinə oyunçu axtarışı uğurla başa çatıb və o, X.Demirə böyük ümidlər bəsləyir. Futbolçu isə yeni mövsümdə "Qarabağ" klubunda oynamağa şad olduğunu və ağdamlıların uğur qazanması üçün əlindən gələni edəcəyini deyib.

Qeyd etmək lazımdır ki, X.Demir əvvəllər "Qənclərbirliyi", "Bursaspor" və "Antalyaspor"da oynayıb.

Xəbər lenti

Xəbər lenti