...

Azərbaycanlı samboçular Dünya Kubokunda 4 medal qazanıb

Cəmiyyət Materials 11 İyul 2006 13:48 (UTC +04:00)

Azərbaycanın sambo yığması Astanada başa çatmış Dünya Kubokunda 1 qızıl və 4 bürünc medal qazanıb.

Trend in xəbər verdiyi kimi, fəxri kürsünün ən yüksək pilləsinə 57 kq dərəcəsində Elçin Mayılov qalxıb. İlk üçlüyü heç də pis oyun nümayiş etdirməyən İslam Qasımov (52 kq), Mobil Hüseynov (68 kq) və Nadir Məmmədli (82 kq) qapayıb.

Kollektiv Astanada tam heyətdə təmsil olunmadığından komandalararası yarışda iştirak edə bilməyib. Buna baxmayaraq Mübariz İbrahimovun yetirmələri Dünya Kubokunda uğurla çıxış edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanı hakimlər korpusunda beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edib.

Xəbər lenti

Xəbər lenti