...

YUNESKO Azərbaycan hökumətinə İçərişəhərin mühafzəsinə böyük diqqət yetirməyi tövsiyə edib

Cəmiyyət Materials 13 İyul 2006 14:09 (UTC +04:00)

YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Komitəsi Azərbaycan hökumətini dünya əhəmiyyətli İçərişəhərin mühafzəsinə böyük diqqət yetirməyə çağırıb. Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi xanım Eleonora Hüseynovanın eksklüziv olaraq Trend ə verdiyi məlumatında deyilir ki, belə qərar Ümumdünya Mədəni və Təbii İrs Komitəsinin bu günlərdə Vilnüsdə keçirilən 30-cu sessiyasında qəbul olunub.

E.Hüseynovanın sözlərinə görə, Komitə bu tarixi abidə və memarlıq irsinin vəziyyətini araşdırmış monitorinq qrupu üzvlərinin tövsiyələrini nəzərə alıb. Sessiyada Azərbaycanın Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya mədəni və təbii irsi siyahısına daxil edilməsi məsələsi də nəzərdən keçirilib. Ancaq komitə müzakirələrin növbəti sessiyada davam etdirilməsini qərara alıb.

Xatırladaq ki, Azərbaycan sessiyada tərkibinə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycanın YUNESKO-dakı nümayəndəliyinin başçısı Eleonora Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunub. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiya iştirakçılarına təbrik məktubu göndərib.

Xəbər lenti

Xəbər lenti