...

Azərbaycan Gürcüstana gedən turistlərin sayına görə 2-ci yerdədir

Cəmiyyət Materials 13 İyul 2006 15:33 (UTC +04:00)

Azərbaycan Gürcüstanda istirahət edən turistlərin sayına görə 2-ci yeri tutur.

Gürcüstanın İqtisadiyyat Nazirliyi Turizm və Kurortlar Departamentindən Trend ə verilən məlumata əsasən, bu ilin I rübündə Azərbaycandan Gürcüstana 26 479 turist yola düşüb.

1-ci yerdə Türkiyə (30 548 nəfər), 3-cü yerdə Ermənistandır (25 607).

Avropa ölkələri arasında isə 1-ci yerdə Almaniya (1528), 2-ci yerdə Yunanıstandır (1160).

Həmin müddətdə Gürcüstanda cəmi 119 759 turist olub.

Xəbər lenti

Xəbər lenti