...

Azərbaycanın basketbol yığması böyük irəliləyişə nail olub

Cəmiyyət Materials 14 İyul 2006 19:47 (UTC +04:00)

"Ümumdünya İslam Oyunları və İnkişaf Kubokunda qələbə Azərbaycan yığması üçün ciddi bir uğur idi". Bu barədə komandanın baş məşqçisi Rimas Kurtinaytis bildirib. O hazırda gənclər arasında Avropa birinciliyinin keçirildiyi Türkiyədədir.

Trend agentliyinin "Sport-Ekspress"a istinadən yaydığı məlumatına əsasən, məşqçi deyib ki, komanda son vaxtlar böyük irəriləliş əldə edib. "Azərbaycan yığmasına başçılıq etmək haqqında təklif aldıqda mən prezident İlham Əliyevlə görüşdüm və bildirdim ki, əgər mənim işim cəmi 10-20 nəfərə lazımdırsa, heç nə alınmayacaq. Mən bilməliyəm ki, Azərbaycanda basketbolun perspektivləri var. Bunanla yanaşı, işin maliyyə tərəfi mənim üçün həmişə ikinci dərəcəli olub. Xoşbəxtlikdən, bu ölkədə basketbola münasibətin çox gözəl olduğu aşkarlandı. Adamlar məni küçədə belə tanıyırdılar. Hökumət və KİV tərəfindən diqqət daimi idi və biz bu etibarı doğrultduq" - deyə R.Kurtinaytis əlavə edib.

Xəbər lenti

Xəbər lenti