...

"İnter" futbol klubu hücumu gücləndirir

Cəmiyyət Materials 17 İyul 2006 12:57 (UTC +04:00)

"İnter" futbol klubu Bolqarıstandakı təlim-məşq hazırlıqları zamanı hücum xəttini gücləndirmək niyyətindədir.

Trend in verdiyi xəbərə görə, hazırda ölkə çempionatına hazırlaşan komandanın tərkibində "bankirlərlə" müqavilə imzalamağa hazırlaşan litvalı forvard Valdis Trakis var. Məşq və sınaq görüşləri zamanı o, baş məşqçi Valentin Xodukinə yaxşı təsir bağışlayıb və müqavilə imzalamağa hazırlaşır.

Eyni zamanda "Levski" klubunun bolqar hücumçusu Emil Angelov da "İnter"in maraq dairəsindədir. Bu oyunçunun agenti ilə intensiv danışıqlar aparılır. Futbolçunun komandadakı gələcəyi barədə danışmaq hələ tez olsa da, "bankirlər" forvardla saziş imzalayacaqlarına ümid edirlər.

Xəbər lenti

Xəbər lenti