...

Azərbaycanlı karateçilər Tehranda uğurla çıxış edib

Cəmiyyət Materials 18 İyul 2006 14:07 (UTC +04:00)

Azərbaycanın karate komandası Tehranda keçirilmiş ənənəvi beynəlxalq turnirdə iki gümüş və bir bürünc mükafat qazanıb.

Trend in xəbər verdiyi kimi, şəxsi hesabda gümüş medalın sahibi Sənan Orucov (+80 kq) və ilk üçlüyü qapayan İsrafil Şirinov (70 kq) seçilib. Milli Federasiyanın WKF stili (World Karate Federation) üzrə prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi kollektiv komanda yarışlarında isə ikinci yeri tutub. Heyətin tərkibində Rüstəm Mədətov, Taleh Babayev, Amal Atayev, Şahin Atamov və Sənan Orucov ustalıq nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, nüfuzlu turnirdə Türkiyə, Küveyt, Rusiya və bir çox digər ölkələrdən idmançılar iştirak edib.

Xəbər lenti

Xəbər lenti