...

"Şərəf və ləyaqətin, işgüzar nüfuzun qorunması" ilə bağlı yeni qanun layihəsi hazırlanır

Cəmiyyət Materials 18 İyul 2006 19:22 (UTC +04:00)

ATƏT-in dəstəyi və "Yeni Nəsil" Jurnalistlər Birliyinin təşəbbüsü ilə "Şərəf və ləyaqətin, işgüzar nüfuzun qorunması" ilə bağlı yeni qanun layihəsi hazırlanır. Bu barədə Trend ə "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev məlumat verib.

O, bildirib ki, ATƏT-in Bakı ofisinin köməkliyi ilə bir neçə deputat, hüquqşünas və jurnalistdən ibarət İşçi Qrupu yardılıb. İşçi Qrupu yeni qanun layihəsi hazırlayır: "Beynəlxalq təşkilatlar, əsasən də, ATƏT, Avropa Şurası diffamasiya məsələlərinə, yəni, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza ziyan vurulması kimi məsələlərə xüsusi diqqət yetirir. Hətta bununla bağlı xüsusi çağırışlar edirlər ki, bu sahədəki qanunvericilik dəyişməlidir. Azərbaycanda bu proses artıq başlayıb. ATƏT-in xüsusi işçi qrupu yardılıb və diffamasiya məsələləri ilə bağlı yeni qanun layihəsi hazırlayır. Bu, bizim üçün oduqca həssas və vacib məsələdir. Çünki bütün davaların, məhkəmə çəkişmələrinin səbəbi məhv diffamasiya məsələləri, reket jurnalistikası ilə bağlıdır"-deyə A.Əliyev qeyd edib.

O bildirib ki, sözügedən qanun layihəsi ilə bağlı iyulun 20-də Beynəlxalq Mətbuat Mərkəzində ilk dəyirmi masa keçiriləcək və orada müzakirələri aparılacaq. Tədbirdə deputatlar, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlrının, media orqanlarının, səfirliklərin təmsilçiləri, hüquqşünaslar, ekspertlər iştirak edəcəklər. Müzakirələrdən sonra bir ay ərzində layihənin son variantı hazırlanacaq və sentyabr ayında ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikolaş Haraştinin iştirakı ilə ikinci bir tədbir keçiriləcək. Bu tədbirdən sonra layihə yekunlaşdırılaraq Milli Məclisə təqdim olunacaq: "Biz tərəfdən hazırlanan sənəd yeni qanun layihəsidir. Amma özündə mövcud qanunlara əlavə və dəyişiklikləri də nəzərdə tutur. Qanun layihəsinin ictimaiyyət üçün 3 dəfə müzakirəsi nəzərdə tutulub".

Qeyd edək ki, qanun layihəsini hazırlayan İşçi Qrupunda millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, hüquqşünaslar İrkin Qədirov, Leyla Mədətova, jurnalist qurumlarının rəhbərləri Arif Əliyev, Yadigar Məmmədli və başqaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti