...

Azərbaycanın otüstü xokkey üzrə gənclərdən ibarət yığması Bratislavadakı "Challenge" turnirinə liderlik edir

Cəmiyyət Materials 24 İyul 2006 16:19 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə gənclərdən ibarət yığması Bratislavada keçirilən "Challenge" divizionunda Avropa birinciliyinin ilk seçim oyunlarından sonra öz qrupunun lideridir.

Trend in xəbər verdiyi kimi, debüt qarşılaşmasında Ramiz Əliyevin yetirmələri rumınları 4:1 hesabı ilə qabaqlayıblar. Bu halda, qalib haqqında bütün suallar artıq oyunun birinci yarısında idmançılarımızın rəqibin qapısından üç cavabsız top keçirməsindən sonra aradan qaldırılıb. Sonra komanda 5:1 hesabı ilə Bolqarıstan üzərində qələbə çalıb və "B" qrupunda öz mövqelərini daha da möhkəmləndirib. İki görüşdən sonra Azərbaycan yığması altı xal yığaraq, öz rəqiblərindən üç bal öndədir.

Qeyd etmək lazımdır ki, iyulun 24-ü turnirdə istirahət günü elan olunub. Bundan sonra komanda Ukrayna və Litva ilə qarşılaşmalıdır. Növbəti raunda çıxmaq və daha yüksək diviziona - "Trophy"-yə vəsiqə qazanmaq üçün yığma qrupda ilk yerlərdən birini tutmalıdır.

Xəbər lenti

Xəbər lenti