...

Bişkekdəki "Azəri" təşkilatı sovet dövründə sürgün edilmiş azərbaycanlılara status verilməsini təklif edir

Cəmiyyət Materials 25 İyul 2006 17:57 (UTC +04:00)

"Sovet dövründə repressiyalar zamanı dünyanın müxtəlif ölkələrinə sürgün edilmiş azərbaycanlılara qaçqın statusu verilməlidir". Bu fikirləri Trend ə açıqlamasında

Qırğızıstanda yaşayan Azərbaycanlıların "Azəri" İctimai Birliyinin sədri Akif Allahverdiyev bildirib.

Bişkekdə fəaliyyət göstərən "Azəri" İctimai Birliyi 1937-ci ildə SSRİ rəhbərlyi tərəfindən Qırğızıstana sürgün edimiş azərbaycanlıların, onların övladlarının statuslarının müəyyənləşdirilməsi təklifi ilə çıxış edib. Diaspor təşkilatı bu işin Azərbaycan Milli Məclisi tərəfindən həyata keçirilməsini zəruri sayır.

Tibb elmləri namizədi, Qırğızıstanın əməkdar həkimi Akif Allahverdiyev bildirib ki, Qırğızıstanda 20 min azərbaycanlı yaşayır. Onların böyük əksəriyyəti SSRİ dövründə repressiyaya məruz qalaraq sürgün edilmiş ailələrdir: "1932-ci ildə bizim ata-babalarımızı Qırğızıstana sürgün ediblər. Həmin ildə sürgün olunan 10 min azərbaycanlıdan 1933-cü ilin payızına qədər 9 mini dünyasını dəyişib, sağ qalan min nəfər isə Qırğızıstanda məskunlaşıb. Bu ailələr Azərbaycanın müxtəlif bölgələrindən - Zərdab, Göyçay, Ağdaş, Əli-Bayramlı, Naxçıvan və başqa rayonlardandır. Sürgündən başqa, Stalin hakimiyyəti dövründə 1937-ci ildə xeyli sayda azərbaycanlını güllələyiblər. Mənim babam da daxil olmaqla Qırğızıstanda yaşayan azərbaycanlıları gecə gəlib evlərindən aparıb stansiyada güllələyiblər. Görkəmli şəxsiyətlər yetirmiş Rəfibəyli, Şıxlinski, Xoyski və başqa tanınmış nəsillərin nümayəndələri də Azərbaycandan sürgün olunub, xarici ölkələrdə dünyasını dəyişiblər. Təəssüf ki, indiyədək Azərbaycanda bu haqda danışılmayıb, sürgün olunaraq müxtəlif ölkələrdə məskunlaşmış azərbaycanlıların statusu müəyyənləşməyib"-de

yə A.Allahverdiyev bildirib. O, Orta Asiya ölkələrinə sürgün edilmiş azərbaycanlılara status verilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət edəcəklərini deyib.

A.Allahverdiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin göstərişi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra diasporla geniş əlaqələr qurulub. Onun sözlərinə görə, Dövlət Komitəsi "Azəri" təşkilatı ilə də sıx əlaqədədir, daim onları diqqət mərkəzində saxlayır. A.Allahverdiyev həmçinin deyib ki, hazırda Qırğızıstanda yaşayan azərbaycanlılardan 4 nəfəri professor, 13 elmlər namizədi, 7 nəfər əməkdar həkim, xeyli sayda əməkdar elm xadimi, tikinti, nəqliyyat sahəsində mütəxəssislərimiz var. "Azəri" təşkilatının nəzdində Azərbaycan məktəbi, ansamblı fəaliyyət göstərir, milli-mənəvi, mədəni, dini dəyərlərimiz qorunub saxlanılır.

Xəbər lenti

Xəbər lenti