...

III ixtisas qrupu üzrə imtahanlarda 31 067 abituriyent iştirak edəcək

Cəmiyyət Materials 2 Avqust 2006 12:35 (UTC +04:00)

2006-2007-ci tədris ilində III ixtisas qrupu üzrə qəbul imtahanlarında 31067 abituriyent iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onların 28 018 nəfəri Azərbaycan, 3049 nəfəri isə rus sektoruna ərizə verib. TQDK-dan o da bildirilib ki, 2006-2007-ci tədris ilində Azərbaycanın ali təhsil məktəblərində Azərbaycan sektoruna plan üzrə 4582 yer, rus sektoruna - 946 yer ayrılıb. Birgə yerlərin sayı 1401 təşkil edir. İmtahanların keçirilməsi üçün Bakı və Naxçıvanda 54 bina ayrılıb.

İmtahanlar ölkənin 16 dövlət və 13 özəl müəssisəsinə 69 ixtisas üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti