...

Azərbaycan yığması Ümümdünya uşaq şahmat Olimpiadasındakı çıxışına qələbə ilə başladı

Cəmiyyət Materials 7 Avqust 2006 16:20 (UTC +04:00)

Azərbaycan yığması Türkiyədə start götürən Ümumdünya uşaq şahmat Olimpiadasındakı çıxışına qələbə ilə başlayıb.

Trend in xəbər verdiyi kimi, birinci turda komanda Suriyaya 4:0 hesabı ilə qalib gəlib. Birinci taxtada oynayan Vasif Durarbəyli heç bir problem olmadan Moxammed Osamanın öhdəsindən gəlib, Ayaz Məmmədov isə Ayxam Əl Kassirə qalib gəlib. Həmçinin Vüqar Rəsulov və Rəşad Həsənov da müvafiq olaraq Əhməd Malandi və Karam Binnaviyə qalib gələrək, qələbə əldə ediblər.

Qeyd etmək lazımdır ki, yarışda uşaq şahmat Olimapiadasının tarixində ilk dəfə olaraq rekord sayda ölkə - Avstraliya, Çin, Gürcüstan, Macarıstan, Qazaxıstan, Koreya, Cənubi Afrika, Sinqapur, Hindistan, İsveçrə, Türkmənistan, Tunis, Ukrayna, Özbəkistan, Suriya, İçveç, İran, İraq və Geniya da daxil olmaqla, iyirmi bir dövlətdən iyirmi dörd komanda iştirak edir. Türkiyəni üç komanda təmsil edir.

Xəbər lenti

Xəbər lenti