...

H. Məmmədov: "Silah dolu maşınla tutulmuş çeçeni buraxdırmaq üçün Cavadağa Sultanova 5 min dollar vermişəm"

Cəmiyyət Materials 8 Avqust 2006 15:03 (UTC +04:00)

"Silah dolu maşınla tutulmuş çeçeni buraxdırmaq üçün Cavadağa Sultanova 5 min dollar vermişəm". Trend in xəbərinə görə, bu məlumatı DİN Baş Cinayət Axtarış idarəsinin keçmiş baş əməliyyat müvəkkili H. Məmmədov məhkəmədəki ifadəsində verib.

H.Məmmədov bildirib ki, bu hadisə 1995-ci ildə baş verib. Həmin vaxt Yevlax Rayon Polis şöbəsinin əməkdaşları rayon ərazisində içərisində silah-sursat olan maşını saxlayıblar. Tutulanlardan biri dəstə üzvü Şirxan Albiyevin yaxın adamı olub.

"Şirxan məndən xahiş etdi ki , yaxın dostu olan həmin adamı buraxdırmaq üçün kömək edim. Mən də Yevlaxa gedərək həmin vaxt Rayon Polis şöbəsinin rəis müavini işləyən C. Sultanova 5 min dollar verib həmin adamı buraxxdırdım", - deyə H. Məmmədov söyləyib.

Sonra H.Məmmədov ifadəsinə davam edərək dəstə üzvləri Ş.Albiyevlə, Ruslan Ukuşevin qətlə yetirilməsi epizodlarına da aydınlıq gətirib. "Son vaxtlar Şirxan özünü şübhəli aparırdı. Bir dəfə mənim sifarişimlə Şirxanın başına torba keçirib yanıma gətirdilər. Ona özümü MTN işçisi kimi təqdim etdim və bandanın fəaliyyəti haqqında suallar verdim. O da mənimlə və banda ilə bağlı bütün məlumatları açıb tökdü. O ki, qaldı R. Ukışevə, o, Bakıda teraktlar törətməyə və Türkiyə səfirliyi qarşısında dayanmış turist avtobuslarını girov götürməyə hazırlaşırdı", - deyə H.Məmmədov söyləyib. Məhkəmə iclası H.Məmmədovun ifadəsi ilə davm etdirilir.

Xəbər lenti

Xəbər lenti