...

Azərbaycanın ümumtəhsil məktəbləri şəbəkəsində müxtəlif pedaqoji ixtisaslı 5562 kadra tələbat var

Cəmiyyət Materials 9 Avqust 2006 13:34 (UTC +04:00)

Cari dərs ilində Azərbaycanın ümumtəhsil məktəbləri şəbəkəsində müxtəlif pedaqoji ixtisaslı 5562 kadra tələbat var. Trend xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən 694 nəfər Azərbaycan dili və ədəbiyyatı, 861 nəfər xarici dil, 563 nəfər tarix, 462 nəfər coğrafiya, 379 nəfər kimya, 449 nəfər riyaziyyat, 499 nəfər fiziki tərbiyə və digər ixtisaslar üzrə kadrlara daha çox tələbatın olduğu müəyyənləşdirilib.

Hazırda pedaqoji kadrlara ən çox ehtiyac duyulan rayonlar Cəlılabad (298 nəfər), Xaçmaz (197 nəfər), İmişli ( 302 nəfər), Lerik (183 nəfər), Kürdəmir (160 nəfər), Masallı (180 nəfər), Yardımlı (166 nəfər), Qusar (179 nəfər) və digərləridir.

Cari ildə "Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"na( 2005-2007-ci illər) müvafiq olaraq 740 məktəb, o cümlədən, Bakı şəhərində 120, Sumqayıtda 21, ölkəmizin digər şəhər və rayonlarında 599 məktəb kompüter, eləcə də digər avadanlıqlarla təmin ediləcək.

2006-cı ildə məktəblərə ümumilikdə 10951 kompüter, 437 noutbuk, 437 proyektor və digər avadanlıqlar veriləcək. Eyni zamanda bu istiqamət üzrə 4000 müəllim treninqlərə cəlb ediləcək.

Xəbər lenti

Xəbər lenti