Azərbaycanın taekvondo yığmasının məşqçi heyəti avqustun 19-dan 20-dək İdman Sarayında keçiriləcək Açıq Çempionatla əlaqədar əsas tərkibi müəyyənləşdirib.
Kollektivin baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumata əsasən, bu tərkibə ikiqat Avropa çempionu Niyaməddin Paşayev (68 kq), Elnur Amanov (58 kq), Rəşad Əhmədov (80 kq) və Təvəkkül Bayramov (+80 kq) daxil olub. Dayanq sahibləri yarışda üç tərkiblə təmsil olunacaq və buna görə atletlərin manevr etməsi üçün kifayət qədər imkanı olacaq. Bu idman növünün son illər ərzində necə irəlilədiyini nəzərə alsaq, məhz yerli atletlər startın favoritləri hesab edilir.
Oimpiya iştirakçısı R.Əhmədovun yarışda iştirakı aldığı zədə ilə əlaqədar sual altında idi, lakin idmançı artıq formaya düşüb.