...

Avqustun 12-də II ixtisas qrupu üzrə 13563 abituriyent imtahan verəcək

Cəmiyyət Materials 11 Avqust 2006 16:26 (UTC +04:00)

Avqustun 12-də 2006-2007-ci tədris ili üçün respublikanın ali məktəblərinə II ixtisas qrupu abituriyentlərinin qəbul imtahanı keçiriləcək. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ictimaiyyətlə əlaqələr bölməsindən bildiriblər.

O da qeyd olunub ki, həmin gün 13563 abituriyent (Bakı şəhərində 12344, Naxçıvan şəhərində 1219 nəfər) qəbul imtahanı verəcək (Azərbaycan bölməsi üzrə 12345, rus bölməsi üzrə 1218). İmtahanların keçirilməsi üçün Bakı şəhərində19, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı və Sumqayıt orta məktəblərindən 892 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 74 imtahan rəhbəri cəlb olunub.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu proses başa çatan kimi düzgün cavablar TQDK-nın İnternet səhifəsində yerləşdiriləcək. Həmin gün saat 19.30-da "Spase" kanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti