...

MOK-un vitse-prezidenti: Azərbaycanın hansı idman növündə təmsil olunacağını demək hələ tezdir

Cəmiyyət Materials 12 Avqust 2006 13:50 (UTC +04:00)

"Azərbaycanın oyunlarda hansı idman növündə təmsil olunacağını demək hələ tezdir". Bu barədə Trend ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Pekində keçiriləcək oyunlarda yerli nümayəndə heyətinin tərkibinin genişləndirilməsi mümkünlüyünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, nəzəri olaraq belə bir ehtimal var, lakin bu mövzuda konkret danışmaq hələ tezdir. "Misal üçün, bizim veloidman və atçılıqla bağlı fikirlərimiz var. Minicimiz Camal Rəhimov Avropa çempionatında ikinci yerə çıxıb. Sadəcə, bütün bu ideyaların ətraflı işlənib hazırlanması lazımdır" - deyə Ç.Hüseynzadə bildirib.

Əvvəllər gənclər və idman naziri Azad Rəhimov demişdi ki, Azərbaycan yığması Pekində 10-15 idman növündə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti