...

Azərbaycanın Güləş Federasiyası FİLA-nın qərarını gözləyir

Cəmiyyət Materials 18 Avqust 2006 14:36 (UTC +04:00)

Beynəlxalq Güləş Federasiyası (FILA) yunan-roma güləş növü üzrə dünya çempionatının gümüş mükafatçısı, yarış başa çatdıqdan sonra orqanizmində qadağan olunmuş preparatlar tapılmış Hüsaməddin Rəcəbovun cəzasının yüngülləşdirilməsi ilə bağlı məsələni həll etməyib.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, Azərbaycan tərəfi dəfələrlə FILA ilə dopinq yoxlaması müsbət nəticə vermiş atletin cəzasının yüngülləşdirilməsi imkanlarını müzakirə edib. "Bu məsələ Bakıda "Qızıl Qran-Pri"nin finalı zamanı FİLA prezidenti Rafael Martinettinin iştirakı ilə də müzakirə olunub. Bizi Hüsaməddinin diskvalifikasiya müddətinin azaldılacağına əmin ediblər. Buna görə də indi rəsmi sənədi gözləmək qalır", - deyə C.Qurbanov qeyd edib.

Xatırladaq ki, diskfalifikasiya ilə əlaqədar pəhləvan bu yaxınlarda Pekində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti