...

Sidney Olimpiadasının çempionu Namiq Abdullayev Polşadakı turnirdə gümüş medal qazanıb

Cəmiyyət Materials 21 Avqust 2006 16:48 (UTC +04:00)

Azərbaycının sərbəst güləş üzrə komandası Polşada başa çatmış beynəlxalq turnirdə üç medal qazanıb.

Milli Federasiyanın Baş katibi Mətləb Həsənovun Trend ə verdiyi xəbərə görə, öz çəki dərəcələri üzrə finala Sidney Olimpiadasının çempionu Namiq Abdullayev (55 kq) və qitə birinciliyinin gümüş mükafatçısı Elman Əsgərov (66 kq) çıxıb və onlar həlledici döyüşdə məğlub olublar. Bürünc medalı ölkənin birinci yığmasının namizədi olan Namiq Abdullayev qazanıb.

Qeyd etmək lazımdır ki, Polşaya səfər payızda Pekində keçiriləcək dünya çempionatının ən mühüm hazırlıq mərhələlərindən biri oldu. Ona görə də komandanın məşqçi qərargahı artıq indi həm təcrübəli döyüşçüləri, həm də ehtiyatda olanları sınaqdan keçirərək, əsas heyəti müəyyən edir.

Xəbər lenti

Xəbər lenti