2006-2007-ci dərs ili üçün Azərbaycanın orta ixtisas təhsil müəssisələrində 8014 yer ayrılıb. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Dövlət və qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu test üsulu ilə mərkəzləşdirilmiş qaydada əsas təhsil üzrə keçirilir. Ayrılmış 8014 yerin 5080-də təhsil ödənişsiz, 2852-də isə ödənişli əsaslarladır. Qəbul ölkənin 49 orta ixtisas təhsil müəssisələrinə aparılır. Xatırladaq ki, ötən il ölkə texnikumları qəbul üçün 7744 yer ayırmışdı.